Baku Tv-nin "Aktual Gündəm" proqramında açıq-saçıq və dini geyimlərin məktəb mühitinə təsiri müzakirə olunacaq.
"Report"un məlumatına görə, müzakirələrdə məktəblilərin geyiminin valideynləri narahat etməsi, açıq-saçıq geyimlər, eləcə də müxtəlif dini libasların ümumi təhsil müəssisələrinin nizam-intizamına necə təsir etməsi məsələsinə toxunulacaq.
Proqram bu gün saat 13:00-da yayımlanacaq.
Baku TV-nin efirində açıq-saçıq və dini geyimlərin məktəb mühitinə təsiri müzakirə olunacaq
