IMG-LOGO

Şəhid hərbi qulluqçumuzla Tovuz rayonu, Qaraxanlı kəndində vida mərasimi keçirilir -YENİLƏNİB

28.01.2024 15:26 103 baxış
IMG

Şəhid hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu ilə Tovuz rayonu, Qaraxanlı kəndində vida mərasimi keçirilir.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, onun nəşi doğulub boya-başa çatdığı Qaraxanlı kəndinə gətirilib.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, Tovuz rayon ictimaiyyəti nümayəndələri və sakinlər iştirak edirlər.

Şəhidimiz vida mərasimindən sonra Qaraxanlı kənd qəbiristanlığında dəfn olunacaq.

Həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu kimi davam etdirib.

 

***

12:41

 

4 ay komada qalaraq şəhid olan hərbçimizin bu gün dəfn edilməsi nəzərdə tutulub.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlunun cənazəsi Bakı şəhərindən doğulduğu Tovuz rayonun Qaraxanlı kəndində gətirilir.

Hazırda şəhidimiz yaşadığı evə kənd sakinləri və yaxınları toplaşıb.

 

***

11:10

19 sentyabrda Azərbaycan lokal xarakterli antiterror tədbirləri həyata keçirərkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı çəhərində müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur.

Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.

Bura barədə APA-nın yerli bürosuna Tovuz rayon icra hakimiyyətinin Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib.

Xəbər lenti