İngiltərənin "Mançester Yunayted" klubunun sabiq qapıçısı David De Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "Əl-Şabab" 33 yaşlı qolkiperlə maraqlanır.
Klubun ispaniyalı oyunçu ilə danışıq apardığı bildirilib.
Qeyd edək ki, 2011-ci ildən "qırmızı-şeytanlar"da çıxış edən David De Xea 2023-cü ilin iyulunda komandadan ayrılıb.
Bizim Telegram kanalımıza abunə olun