IMG-LOGO

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olmaq istəyir

28.01.2024 11:13 68 baxış
IMG

İspaniyanın "Real" klubunun sabiq baş məşqçisi Zinəddin Zidanın karyerası ilə bağlı istəyi bəlli olub.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis hazırda yalnız Fransa millisində işləmək niyyətindədir.

O, başqa yerdə çalışmağı planlaşdırmır. Zidan məhz bu səbəbdən Əlcəzair yığmasının sükanı arxasına keçmək təklifindən imtina edib.

Qeyd edək ki, Fransa millisinin baş məşqçisi Didye Deşamın müqaviləsi 2026-cı ilədək qüvvədədir. Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real"da işləyib, komanda ilə iki dəfə La Liqanı, üç dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti