IMG-LOGO

Azərbaycanın MMA döyüşçüsü UFC-dəki növbəti görüşündə məğlub olub

01 Feb 2026 08:16 2 baxış
IMG

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti görüşündə məğlub olub.

"Report"un məlumatına görə, 32 yaşlı idmançı Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turnirində braziliyalı Maurisio Ruffi ilə üz-üzə gəlib.

Cənubi amerikalı döyüşçü ikinci raundda nokautla qələbə qazanıb.

Qeyd edək ki, UFC-də 13 qalibiyyəti olan Fiziyev beşinci məğlubiyyətini alıb.

Xəbər lenti