IMG-LOGO

Rusiya Kiyevə kütləvi hücumu: 3 ölən, 10 yaralanan var

06 Jul 2026 05:23 2 baxış
IMG
0 0

Rusiya ordusunun Kiyevə endirdiyi kütləvi raket və pilotsuz uçuş aparatı hücumu nəticəsində azı 3 nəfər həlak olub, 10-a yaxın insan yaralanıb.

Lent.a "Unian"a istinadə xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında bildirib.

Onun sözlərinə görə, paytaxtın müxtəlif rayonlarında 10-dan çox çoxmərtəbəli yaşayış binasına ziyan dəyib.

Kiyev meri Vitali Kliçko isə bildirib ki, hücum nəticəsində Podol və Qoloseyev rayonlarında dağıntılar qeydə alınıb.

Onun sözlərinə görə, Podol rayonunda yaşayış binası qismən dağılıb, xəsarət alanlar var. Bundan başqa, dağıntılar həmin rayonda yerləşən qaraj kooperativinin ərazisinə də düşüb.

Timur Tkaçenkonun son açıqlamasına əsasən, Podol rayonunda 25 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsinə də ziyan dəyib.

Hadisə yerlərinə təcili tibbi yardım və digər operativ xidmətlərin əməkdaşları cəlb olunub.

Rusiya-Ukrayna müharibəsi

Mənbə: lent.az

Xəbər lenti