IMG-LOGO

Tonqa Krallığı sahillərində 5,8 maqnitudada zəlzələ olub

01 Feb 2026 05:55 2 baxış
IMG

Tonqa Krallığının əsas adası olan Tonqatapunun cənub sahillərində 5,8 maqnitudada zəlzələ baş verib.

"Report"un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri ada dövlətinin paytaxtı Nukualofadan 112 kilometr şimal-şərqdə, 24 mindən çox insanın yaşadığı ərazidə, zəlzələ ocağı təxminən 12 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Xəbər lenti