Ötən il Böyük Britaniyada təxminən 140 pivə zavodu bağlanıb ki, bu da 1974-cü ildən bəri illik rekord göstəricidir.
"Report"un xəbərinə görə, bu barədə Müstəqil Pivə İstehsalçıları Cəmiyyətindən (SIBA) "The Daily Telegraph" qəzetinə bildirilib.
"Kraft pivəsinə güclü tələbat olsa da, qeydlər başladığı vaxtdan bəri son bir ildə ən çox pivə zavodunun bağlanmasını müşahidə etmişik. Böyük Britaniyanın hər bir bölgəsində fəaliyyət göstərən pivə zavodlarının sayı azalır", - SIBA-nın icraçı direktoru Endi Sli bildirib.
Böyük Britaniyada artan vergilər, o cümlədən spirtli içki aksiz rüsumunun və əlavə dəyər vergisinin artırılması pivə zavodlarının bağlanmasının əsas səbəbi kimi göstərilir.
"Pivə zavodlarına və onların əsas müştərilərinə - pivəxanalara - təsir edən boğucu vergilər və qlobal pivə brendlərinin bazarda dominantlığı səbəbindən mənfəət pivə istehsalçıları üçün çətinliyə çevrilir", - Sli sonda bildirib.