IMG-LOGO

Starmer: Kral Endryunun qardaşı Epşteyn işi üzrə ifadə verməlidir

01 Feb 2026 05:04 4 baxış
IMG

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Kral III Çarlzın qardaşı, keçmiş şahzadə Endryu Mauntbatten-Vindzor pedofillikdə ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı ABŞ Konqresi qarşısında ifadə verməlidir.

"Report"un "Sky News"a istinadən məlumatına görə, Britaniyanın Baş naziri bu açıqlamanı jurnalistlərə Tokioya səfərindən sonra təyyarədə verib.

"İfadə vermək məsələsinə gəldikdə, mən həmişə demişəm ki, informasiyası olan hər kəs bu məlumatı ondan tələb olunan formada paylaşmağa hazır olmalıdır", - o deyib.

Starmer vurğulayıb ki, Epşteynin qurbanları prioritetdə olmalıdır. "Üzr istəməyə gəldikdə isə, bu, Endryu üçün bir sualdır", - Baş nazir ABŞ Ədliyyə Nazirliyinin keçmiş şahzadənin adı çəkilən Epşteyn haqqında yeni sənədləri dərc etməsinə münasibət bildirərkən qeyd edib.

Xəbər lenti