Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonuna hava hücumu nəticəsində bir nəfər ölüb, daha yeddi nəfər yaralanıb.
"Report"un məlumatına görə, bunu Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja teleqram kanalında yazıb.
"Nikopol rayonunda (zərbələr nəticəsində) 31 yaşlı kişi həlak olub. Daha yeddi nəfər xəsarət alıb. 30 yaşlı kişi orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digərləri ambulator müalicə alır", - o qeyd edib.
Bildirilir ki, gün ərzində Rusiya ordusu rayonu artilleriya və dron hücumuna məruz qoyub. Nikopol, Pokrovsk, Marqanets və Mirov icmaları zərər çəkib.
Həmçinin iki beşmərtəbəli bina, yeddi fərdi yaşayış evi, avtomobillər, müəssisə və digər obyektlər dağıdılıb.
Bununla yanaşı, Rusiya Sinelnikov rayonunun Malomixaylov icmasına pilotsuz uçuş aparatı ilə zərbə endirib. Nəticədə bir yaşayış evi zədələnib.



