Ukrayna və NATO əməkdaşlığın əsas prioritetlərini, o cümlədən ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsini razılaşdırıblar.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Müdafiə naziri Mixaylo Fedorov alyansa, xüsusilə PURL təşəbbüsü çərçivəsində yardımın effektiv koordinasiyasına görə təşəkkür edib və vurğulayıb ki, hazırda əsas diqqət səmanın qorunmasına yönəlib", - nazirliyin teleqram kanalında qeyd olunub.
Prioritetlər arasında digər məsələlərlə yanaşı "Patriot" zenit-raket kompleksinin inkişafı, çoxfunksiyalı "F-16" təyyarələrinin və "HIMARS" artilleriya raket sisteminin tədarükü, həmçinin texnoloji üstünlük üzərində birgə iş var.
Tərəflər "Ramştayn" formatının koordinasiyasını - qərarların daha operativ qəbulu və tədarükü də müzakirə ediblər.