IMG-LOGO

Kürdəmirdə ağır qəza, 4 nəfər yaralandı

31 Jan 2026 22:34 3 baxış
IMG
4 0

Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı- Qazax avtomobil yolunun rayonun atakişili kəndindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü, 1985-ci il təvəllüdlü Pərvanə Akif qızı Əliyeva, sərnişinlər; 2007-ci il təvəllüdlü Aytən Elməddin qızı Xasıyeva, 1960-cı il təvəllüdlü Təranə İslam qızı Xəlilova və1985-ci il təvəllüdlü Vüqar Akif oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu üçün paytaxta göndərilib.

Faktla bağlı araşdırma aparılır.

qəza Kürdəmir

Xəbər lenti