IMG-LOGO

Azərbaycanda donor olmaq istəyənlərin sayında ŞOK ARTIM

31 Jan 2026 16:39 3 baxış
IMG
2 0

Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada bildirib.

O, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzi üçün əvvəlcə hüququ baza yaradıldığını qeyd edib: “Bu məqsədlə vahid informasiya bazasının əsasnaməsi yaradılıb. Bu bazaya bütün trasnplantasiya edən xəstəxanalar və ilkin donor gözləyən şəxslərin siyahısı daxil edilib”.

Ürək transplantasiyası donorluq

Xəbər lenti