IMG-LOGO

KİV: "Mançester Siti"nin qapıçısı klubdan ayrılacaq

31 Jan 2026 12:39 5 baxış
IMG

İngiltərənin "Nottinqem Forest" və "Mançester Siti" klubları qapıçı Ştefan Orteqanın transferi ilə bağlı tam razılığa gəliblər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı alman qolkiper "Nottinqem Forest" klubu ilə 2025/2026 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalayacaq.

Futbolçunun yanvarın 31-də tibbi müayinədən keçməsi planlaşdırılır.

Ştefan Orteqa 2022-ci ilin yayından etibarən "şəhərlilər"in formasını geyinir. Bu müddət ərzində qapıçı bütün turnirlər daxil olmaqla 56 oyunda iştirak edib və 25 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Xəbər lenti