IMG-LOGO

Tofiq Musayev UFC-də növbəti döyüşünə çıxacaq

31 Jan 2026 02:23 2 baxış
IMG
0 0

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC-də növbəti döyüşünə çıxacaq.

Lent.az  xəbər verir ki, bu barədə insayder Leo Uolker Gimarayeş məlumat yayıb.

Bildirilib ki, idmançımız aprelin 4-də ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək "UFC Vegas 115" turniri çərçivəsində braziliyalı Samuel Sançeslə üz-üzə gələcək.

Qeyd edək ki, Bakıda keçirilən "UFC Fight Night" turnirində təmsilçimiz Tofiq Musayevin debütü uğursuz alınıb. 35 yaşlı idmançımız qırğızıstanlı Mıktıbek Orolbaya məğlub olub. Rəqibi Tofiqin qolunu birinci raundda ağrıdıcı fəndə salaraq təmiz qələbə qazanıb.

Tofiq Musayev

Xəbər lenti