"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının XVIII turunda "Karvan-Yevlax"la matçda komandasının oyunundan razı qalmayıb.
"Report" xəbər verir ki, mütəxəssis bunu matçdan sonra mətbuat konfransında deyib.
O, qələbəyə rəğmən oyun keyfiyyətindən tam razı olmadığını qeyd edib:
"Qalib gəlsək də, oyunumuzdan tam razı qaldığımı deyə bilmərəm. Ötürmələr və cərimə zərbələri zamanı səhvlərə yol verirdik ki, bu da qapımızda təhlükə ilə nəticələnirdi. Oyunumuzu daha təkmilləşdirmək üçün bunların üzərində çalışıb növbəti tura hazırlaşacağıq".
Qeyd edək ki, Yevlax şəhər stadionunda baş tutan "Karvan-Yevlax" - "Sumqayıt" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.