IMG-LOGO

Emin Əmrullayev Kürdəmirdə vətəndaş qəbulu keçirib

30 Jan 2026 17:46 2 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 30-da Kürdəmir şəhərində vətəndaş qəbulu keçirib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbulda Kürdəmir, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar təhsil müəssisələrinin təmir-tikintisi, müəllimlərin iş yerinin dəyişdirilməsi, tələbə köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Xəbər lenti