IMG-LOGO

Avropa Liqası: "Fənərbağça"nın pley-offdakı rəqibi müəyyənləşib

30 Jan 2026 16:18 2 baxış
IMG

UEFA Avropa Liqasının pley-off mərhələsinin cütləri müəyyənləşib.

"Report" xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilib.

Pley-offda aşağıdakı cütlər üz-üzə gələcək:

"Fənərbağça" (Türkiyə) - "Nottinqem Forest" (İngiltərə)

"Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Genk" (Belçika)

"Seltik" (Şotlandiya) - "Ştuttqart" (Almaniya)

"Brann" (Norveç) - "Bolonya" (İtaliya)

"Panatinaikos" (Yunanıstan) - " Viktoriya" (Plzen, Çexiya)

PAOK (Yunanıstan) - "Selta" (İspaniya)

"Lill" - "Srvena Zvezda" (Serbiya)

Qeyd edək ki, pley-off mərhələsinin matçları fevralın 19-20-si və 26-27-də keçiriləcək.

Xəbər lenti