Sumqayıt şəhərində yaşayış binasında yanğın olub.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzillərdən birində baş verib.
Yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub, yanğın söndürülüb.

