Bakıda hava limanında saxta sənəd təqdim edən ərəb həbs olunub.
Lent.az-ın məlumatına görə, 41 yaşlı Əlcəzair Respublikası vətəndaşı Keddau Abdelhamid Almaniyadan tranzit keçməklə Belçika Krallığına getmək istəyib. Bunun üçün o, Əlcəzari-İstanbul-Bakı reysi ilə Azərbaycana gəlib.
Bakı aeroportunda o, Türkiyəyə getmək istədiyini deyərək Əlcəzair vətəndaşlığına dair pasportu sərhədçilərə təqdim edib. Heç bir pozuntu aşkarlanmadığı üçün Keddau Abdelhamid təyyərayə minmək üçün buraxılıb. Lakin əcnəbi tranzit zalda Almaniyaya getmək üçün özünə məxsus saxta Belçika vəsiqəsi ilə bilet alıb. Keddau Abdelhamid Almaniyaya uçan təyyarənin minik qapısına yaxınlaşıb həmin saxta vəsiqəni aviaşirkətin əməkdaşına göstərib. Əməkdaş vəsiqədə möhür olmadığı üçün sərhədçilərə məlumat verib. Nəticədə araşdırma zamanı həmin vəsiqənin saxta olduğu üzə çıxıb.
Bu əməlinə görə Əlcəzair vətəndaşı barəsində cinayət işi açılıb. O, məhkəmədə ifadəsində əməlini etiraf edib.
Xəzər rayon Məhkəməsinin qərarı ilə o, 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisələr Belçika Almaniya Əlcəzair Bakı aeroportu