Qarabağ və Şərqi Zəngəzurun otuzillik işğalı dövründə Azərbaycanın minlərlə tarixi-mədəni abidəsi əlçatmaz olub.
"Report" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov "Azərbaycan mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib.
Onun sözlərinə görə, bugünkü suveren Azərbaycan reallığında həm də mədəni irsə bütöv bir baxış keçirmək mümkündür:
"Bu mənada, bu gün Azərbaycan özünün mədəni irsinə də bütöv yanaşır, bütöv tədqiq edir. İşğal dövründə həmin mədəni irs, aydın məsələdir ki, dağıdılıb, zədələnib. Biz indi o irsi bərpa etməklə yanaşı, həm də dünyaya tanıtma yolundayıq".
Rafael Hüseynov qeyd edib ki, Azərbaycanda ilk dəfədir ki, kompleks şəkildə bu cür mədəni konsepsiya tətbiq olunur:
"Bu, Azərbaycan mədəni tarixi üçün böyük bir hadisədir. Bizim indi əsas vəzifəmiz gələcək çağırışlara cavab verməkdir".