28 yaşlı Rusiya boks çempionu Andrey Stotski Çelyabinsk şəhərində naməlum şəxslər tərəfindən güllələnib.
Lent.az yerli mediaya istinadla bildirir ki, bir gün əvvəl idmançı bir qrupla mübahisə edib və bıçaq çıxarıb. Cavab olaraq ona travmatik silahla 20 dəfə atəş açıblar.. Yaralı Stotski anasına zəng edib, o da gəlib oğlunu xəstəxanaya çatdırıb.
Hazırda Stotski doqquzuncu şəhər xəstəxanasındadır və ifadəsində çaşqınlıq içində olduğu iddia edilir. Müstəntiqlər hadisəni araşdırır və atəş açan şəxsi axtarır.
Stotski 2021-ci ildə 92 kq çəki dərəcəsində boks üzrə Rusiya çempionu olub. 2022-ci ildə Ümumrusiya Spartakiadasında 92 kq çəki dərəcəsində bürünc medal qazanıb.