Almaniya təmsilçisi "Leyptsiq" heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundesliqa kollektivi Fransanın "Reyms" komandasından 20 yaşlı Abdul Koneni sıralarına cəlb edib. Müdafiəçinin bağladığı müqavilənin müddəti 2031-ci ilə qədərdir.
Qeyd edək ki, "Transfermarkt" portalı Abdul Konenin dəyərini 16 milyon avro qiymətləndirir.