Bakıda “şər qüvvələr” adı altında dələduzluq edən qadın saxlanılıb.
Lent.az xəbər verir ki, şirkətlərdən birində kargüzar işləyən 35 yaşlı Tünzalə Hüseynova Aysel (şərti adla) adlı zərərçəkənin 8300 manatlıq qızıl pirsinqlərini alaraq, ələ keçirib. Daha qəribəsi isə Tünzalə zərərçəkənə “şər qüvvələr” tərəfindən cadular edildiyini deyib. O, işlərinin daha yaxşı olması, sevdiyi oğlanla münasibətlərinin düzəlməsi, bacısının yoldaşını başqa qadınlarla gəzməsinin qarşısı alması barədə Ayselə vədlər verib.
Bunun üçün Ayseldən 16 min 700 manat pul alıb. Nəticədə zərərçəkənin ümumilikdə 25 min manat pulunu ələ keçirib.
Ayselin şikayəti əsasında Tünzalə Hüseynova saxlanılıb və barəsində cinayət işi açılıb.
Məhkəmə istintaqı zamanı zərərçəkən ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsin ondan üzr istədiyini, həmçinin ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Təsqirləndirilən şəxs də barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş edib.
Nərimanov rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və T. Hüseynova məsuliyyətdən azad edilib.
şər qüvvələr cadu falçılıq