IMG-LOGO

Norveçli oyunçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

29 Jan 2026 18:21 3 baxış
IMG

Portuqaliyanın "Benfika" klubunun futbolçusu Andreas Şelderup azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Liqa mərhələsinin VIII turunda "Real" (Madrid, İspaniya) ilə keçirilən görüşdə (4:2) 2 qol vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.

Qeyd edək ki, norveçli futbolçu səsvermədə Aleksis Makallister ("Liverpul"), Joao Pedro ("Çelsi") və Malik Tillman ("Bayer 04") qabaqlayıb.

Xəbər lenti