IMG-LOGO

Şahbuzda minik avtomobili qaz xəttinə çırpılıb, 160 abonent qazsız qalıb

29 Jan 2026 16:55 3 baxış
IMG

Şahbuzda minik avtomobili qaz xəttinə çırpılıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Sələsuz kəndində qeydə alınıb.

Belə ki, avtomobil d-100 mm-lik qaz xəttinə çırpılıb, nəticədə qaz xətti yararsız hala düşüb.

Təhlükəsizlik səbəbilə 160 abonentə təbii qazın verilişi dayandırılıb. Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Xəbər lenti