İngiltərənin "Liverpul" klubunun futbolçusu Vircil Van Deyk UEFA Çempionlar Liqasında unikal nailiyyətə imza atıb.
"Report" "WhoScored"a istinadən xəbər verir ki, 34 yaşlı oyunçu buna "Qarabağ"a 6:0 hesabı ilə qalib gəldikləri Liqa mərhələsinin VII turunun oyununda nail olub.
Görüşdə üç məhsuldar ötürmə ilə yadda qalan Van Deyk qitənin bir nömrəli klub turnirində bir matçda üç assist edən ilk mərkəz müdafiəçidir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.