IMG-LOGO

Həddindən artıq süni intellektə aludəçilik baş məşqçiyə baha başa gəldi

29 Jan 2026 13:38 2 baxış
IMG
0 0

Rusiyanın Premyer Liqa komandası "Soçi" ilə yollarını ayıran ispaniyalı məşqçi Robert Moreno ilə bağlı diqqət çəkən bir iddia ortaya atılıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə,  “Soçi” futbol klubunun idman direktoru Andrey Orlov baş məşqçi Roberto Morenonun bəzi qərarlarında süni intellektlə işləyən ChatGPT çat köməkçisinin təkliflərini dinlədiyini açıqlayıb.

Onun iddiasına görə, Xabarovskdakı səfər oyunundan əvvəl (Soçidən yeddi saat fərqi) süni intellekt oyunçulara 28 saat oyaq qalmağı və səhər saat 7:00-da məşq etməyi tövsiyə edib.

Orlov hətta oyunçuların da planı başa düşmədiyini bildirərək deyib: "Onlar niyə səhər saat 5-də durub səhər saat 7-də məşqə getməli olduqlarını belə başa düşməyiblər".

Transferlərdə də süni intellektə güvənib

Orlov həmçinin qazaxıstanlı hücumçu Artur Şuşenaçevin transferinin süni intellekt tövsiyələri əsasında həyata keçirildiyini iddia edib. Lakin oyunçu 10 liqa oyununda qol vura bilməyib, üç kubok oyununda isə yalnız iki qol vurmağı bacarıb.

"ChatGPT Moreno üçün ən vacib vasitələrdən birinə çevrilmişdi. Köməkçilərə və oyunçulara qarşı empatiya yox idi və bu, komanda tərəfindən hiss olunurdu", - Orlov deyib.

Moreno iddiaları rədd edir: “Tamamilə əsassızdır”

Robert Moreno ittihamları rədd edib. İspaniyanın "La Razon" qəzetinə verdiyi müsahibədə Moreno nə oyuna hazırlıqda, nə də heyət seçimində “ChatGPT”dən və ya digər süni intellektdən istifadə etmədiyini bildirərək, "Bu iddialar tamamilə yalandır" deyib.

Moreno həmçinin Şuşenaçevin transferinin süni intellektə əsaslanmadığını iddia edərək, bunun klub daxili bir proses olduğunu, qərarın idman direktoru tərəfindən verildiyini və yalnız baş məşqçi kimi təsdiqlədiyini bildirib.

Robert Moreno futbol məşqçi süni intellekt "Soçi" klubu Rusiya Premyer liqası

Xəbər lenti