"Qarabağ"ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox top qazanan futbolçulardan biridir.
"Report"un məlumatına görə, 32 yaşlı oyunçu bu göstəriciyə görə üçüncü pillədə qərarlaşıb.
Kolumbiyalı futbolçu Liqa mərhələsindəki 8 matçda 62 dəfə buna nail olub. Medina Çexiyanın "Slaviya" klubundan David Zima (62) ilə birlikdə üçüncüdür.
İlk sırada İspaniyanın "Atletik" klubundan Aytor Parades (77) yer alıb. İtaliyanın "Atalanta" komandasından Odilon Kossunu (66) ikinci sıradadır.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.