IMG-LOGO

Çin klubları korrupsiyaya görə cəzalandırılıb

29 Jan 2026 12:34 4 baxış
IMG

Çin klubları korrupsiya səbəbindən cəzalandırılıb.

"Report" "Global Times"a istinadən xəbər veri ki, Çin çempionatında mövsümün startı ərəfəsində bir neçə klubun xalları silinib.

Ən sərt cəza "Şanxay Şenxua" və "Tyantszin Szinmen Tayger" klublarına tətbiq olunub. Hər iki komanda yeni mövsümə -10 xalla başlayacaq. Bundan əlavə, "Şanxay Şenxua" 1 milyon yuan (təxminən 144 min dollar) məbləğində cərimə edilib.

Antikorrupsiya araşdırması çərçivəsində ümumilikdə 73 nəfər futbol fəaliyyətindən ömürlük kənarlaşdırılıb. Onların arasında Çin Futbol Assosiasiyasının sabiq prezidenti Çen Süyuan və millinin keçmiş baş məşqçisi Li Te də var.

Qeyd edək ki, Çen Süyuan hələ 2024-cü ildə rüşvətxorluq ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Xəbər lenti