Bərdə sakini kimyəvi maddədən zəhərlənərək ölüb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, Əliyalın kənd sakini, 1998-ci il təvəllüdlü Sabir Mehman oğlu Abbasov işlədiyi mağazada kimyəvi maddədən zəhərlənərək vəfat edib.
Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.