IMG-LOGO

"Qarabağ"ın futbolçusu: "Fransalı olduğum üçün PSJ ilə qarşılaşmaq istərdim"

29 Jan 2026 03:30 4 baxış
IMG

"Qarabağ"ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsində Fransa təmsilçisi PSJ ilə qarşılaşmağın maraqlı ola biləcəyini düşünür.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu 35 yaşlı yarımmüdafiəçi özü "Liverpul"la (İngiltərə) matçdan sonra deyib.

O, mersisaydlılara qarşı aldıqları böyükhesablı məğlubiyyəti və pley-off mərhələsindəki mümkün rəqibləri dəyərləndirib:

"0:6 hesablı məğlubiyyət çox üzücüdür. Lakin pley-offa yüksəldiyimiz üçün sevincliyik. Mən fransalıyam, ona görə pley-off mərhələsində PSJ ilə qarşılaşmaq istərdim. Baxmayaraq ki, onlar çox güclü komandadırlar. Digər mümkün rəqibimiz isə İngiltərə təmsilçisi "Nyukasl"dır. Onlara qarşı da çıxış etmək çətin olardı".

A.Zubir "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində əldə etdiyi uğurlu nəticələrdən danışıb:

"Benfika" və "Ayntraxt" komandaları ilə qarşılaşmalarda möhtəşəm zəfərlər əldə etdik. Hər iki matçda hesabda geridə olsaq da, son dəqiqələrdə vurduğumuz qollarla qələbə qazanmağı bacardıq. Bu, çox fantastik hisslər idi".

Xəbər lenti