ABŞ-nin Alabama ştatında məhbus azot qazından istifadə edilərək edam edilib. Bu, ABŞ tarixində ilk dəfədir.
Lent.az-ın “Assosoated Press”ə istinadən verdiyi məlumata görə, 58 yaşlı Kennet Eqen Smit bu yeni üsulla edam edilib. O, 1988-ci ildə Alabamada keşişin arvadının qətlə yetirilməsində təqsirli bilinib. Smitin 2022-ci ildə inyeksiya ilə öldürülməsi planlaşdırılırdı, lakin həkimlər ona sistem qoşa bilmədiyi üçün qərar son anda ləğv edilib.
Smitin vəkilləri azot qazının edamını qəddar və eksperimental olaraq tənqid edərək, müştərilərinin “sınaq subyekti”nə çevrildiyini bildiriblər.