Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Lent.az xəbər verir ki, hadisə Göyçay–Bərgüşad avtomobil yolunda baş verib. İlkin məlumata əsasən, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili Ateko markalı yük avtomobili ilə toqquşub. Daha sonra minik avtomobili yol kənarında dayanmış eyni markalı digər VAZ-2107-yə çırpılıb.
Qəza nəticəsində 1968-ci il təvəllüdlü Esmira Cəbrayılova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
göyçay qəza