IMG-LOGO

Kürdəmirdə ev yanaraq külə dönüb

28 Jan 2026 20:19 3 baxış
IMG

Kürdəmir rayonunun Carlı kəndində ev yanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, yanğın kənd sakini Rəşid Dadaşova məxsus birmərtəbəli evdə baş verib.

Hadisə zamanı evin yanar konstruksiyaları yanaraq külə dönüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınaraq söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti