IMG-LOGO

Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var

28 Jan 2026 17:13 2 baxış
IMG

Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib.

İlkin məlumata görə, "Haima", "Mercedes" və "Opel" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti