IMG-LOGO

"İnter"in zədəli futbolçusunun yaşıl meydanlara qayıdacağı tarix bəlli olub

28 Jan 2026 16:25 2 baxış
IMG

İtaliyanın "İnter" klubunun zədəli futbolçusu Denzel Dumfrisin yaşıl meydanlara qayıdacağı tarix açıqlanıb.

"Report"un "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin iki həftə sonra komanda ilə məşqlərə qoşulacağı gözlənilir.

Niderlandlı oyunçu fevralın 22-də "Leççe" ilə matçda meydana çıxa biləcək.

Qeyd edək ki, Denzel Dumfris cari mövsüm 15 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti