IMG-LOGO

QS Avropa reytinqində Azərbaycan universitetlərinin sayı 15-ə çatıb

28 Jan 2026 15:45 3 baxış
IMG

"Quacquarelli Symonds" (QS) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunmuş "QS Avropanın ən yaxşı universitetlərinin reytinqi"ndə yer alan Azərbaycan universitetlərinin sayı ötən illə müqayisədə 9-dan 15-ə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Reytinqdə təmsil olunan 42 ölkədən 958 universitet arasında bu il 6 Azərbaycan universiteti ilk dəfə olaraq siyahıya daxil edilib. Yeni daxil olan universitetlərin sayına görə Azərbaycan 17-ci mövqedə qərarlaşıb.

Eyni zamanda, 10 və daha çox universitetlə təmsil olunan ölkələr arasında, universitetlərin reytinq mövqelərinin yüksəlməsi baxımından Azərbaycan 3-cü yeri tutur.

Ölkə üzrə ilk üçlükdə müvafiq olaraq Azərbaycan Dövlət İqtisad Universiteti (271), Bakı Dövlət Universiteti (278), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (349) yer tutub.

Qeyd edək ki, reytinqin əvvəlki buraxılışı ilə müqayisədə siyahıda yer alan Azərbaycan universitetlərinin əksəriyyəti bu il "Akademik nüfuz", "İşəgötürənlər arasında nüfuz", "Məşğulluq nəticələri", "Əcnəbi müəllim payı" və "Müəllim-tələbə nisbəti" kimi əsas indikatorlar üzrə mövqelərini daha da yaxşılaşdırıb.

Xəbər lenti