Bakı şəhəri, Babək prospektində yerləşən "Baku Medical Plaza"da qısaqapanma olub.
Lent.az xəbər verir ki, bu barədə Oxu.Az-a xəstəxanadan məlumat verilib.
Bildirilib ki, hadisə anında pasientlər klinika binasından çıxarılıblar, artıq hər şey yenidən öz qaydasındadır.
Bildirilib ki, hadisə nəticəsində xəstəxanaya ciddi ziyan dəyməyib.
Hadisələr Baku Medical Plaza