IMG-LOGO

"Çelsi"nin futbolçusu İtaliya klubuna keçə bilər

28 Jan 2026 14:06 2 baxış
IMG

İngiltərənin "Çelsi" klubunun futbolçusu Aksel Disasi karyerasını İtaliyada davam etdirə bilər.

"Report" insayder Nikolo Skiraya istinadən xəbər verir ki, "Fiorentina" 27 yaşlı müdafiəçi ilə maraqlanır.

London təmsilçisində heyətə düşə bilməyən oyunçunun komandadan ayrılacağı gözlənilir. "Vest Hem" də onu transfer etmək niyyətindədir.

Qeyd edək ki, Aksel Disasi cari mövsüm "Çelsi"nin heyətində meydana çıxmayıb. O, 2022-ci ildə Fransa millisi ilə dünya çempionatında gümüş medal qazanıb.

Xəbər lenti