IMG-LOGO

Binədə qanunsuz tikili sökülüb

28 Jan 2026 12:38 4 baxış
IMG

Binədə qanunsuz tikili sökülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Binə qəsəbəsi ərazisində fiziki şəxs Yoldaşov Emil Eynulla oğlunun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb.

Binədə qanunsuz tikili sökülüb

Xəbər lenti