Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanlar var.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"BMW" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində hələlik şəxsiyyəti dəqiqləşdirilməyən üç nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

