IMG-LOGO

Azərbaycanın minifutbol yığması aprelin 1-də Bakıda təlim-məşq toplanışına başlayacaq

28 Jan 2026 11:51 4 baxış
IMG

Azərbaycanın minifutbol yığması aprelin 1-də Bakıda təlim-məşq toplanışına başlayacaq.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Elşad Quliyev bildirib.

Mütəxəssis qarşıdakı hədəflər barədə də məlumat verib:

"Aprelin 1-də hazırlığa start vermək istəyirik. Toplanışın birinci hissəsini Bakıda keçirəcəyik. Aprelin 25-də isə xaricə yollanmağı planlaşdırırıq. Təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşlərimiz də olacaq. Hazırlıq üçün əsasən Monteneqro variantına üstünlük veririk. Orada təxminən 15 günlük toplanışdan sonra mayın 10-da vətənə dönəcəyik. Bakıda son hazırlıqları tamamlayıb Avropa çempionatında iştirak etmək üçün Slovakiyaya yollanacağıq".

E.Quliyev heyətdəki dəyişikliklərə də toxunub:

"Heyətin özəyini sonuncu dünya çempionlatında iştirak edən futbolçular təşkil edəcək. Bununla yanaşı, gənclərə də şans verəcəyik. Komandada təxminən 5-6 yeni sima olacaq".

Qeyd edək ki, minifutbol üzrə dünya çempionatının son qalibi Azərbaycan millisi olub. Avropa çempionatı isə bu il mayın 27-dən iyunun 4-nə qədər Slovakiyanın paytaxtı Bratislavada baş tutacaq.

Xəbər lenti