Qəbələdə kişi bədbəxt hadisə nəticəsində ölüb.
"Report" xəbər verir ki, Aydınqışlaq kənd sakini 1979-cu il təvəllüdlü Səxavət İkram oğlu Abdullayev işlədiyi Qəbələ şəhərinin ərazisindəki qum-çınqıl karxanasında ehtiyatsızlıqdan qumüyüdən cihaza dəyərək xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş S.Abdullayev orada ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.