Bakıda piyadanın ölümü ilə bağlı cinayət işi başlanıb.
Lent.az xəbər verir ki. hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 28 May küçəsində qeydə alınıb.
Ağayev Hüseyn Mübariz oğlu idarə etdiyi BMW markalı avtomobillə yolu keçən 67 yaşlı Ələsgər Bağırovu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
*** 27 yanvar, saat: 15:23
Bakıda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə səhər saatlarında Sabunçu rayonu ərazisində qeydə alınıb.
Avtomobil 67 yaşlı Bağırov Ələsgər Ağaələsgər oğlunu vurub. Yaralı yerləşdiyi Sabunçu Tibb Mərkəzində ölüb.
Araşdırma aparılır.
Hadisələr