IMG-LOGO

Hacı Zeynalabdin qəsəbəsində 71 yaşlı kişi dəm qazından boğularaq ölüb

28 Jan 2026 08:21 2 baxış
IMG

Sumqayıtda 71 yaşlı kişi dəm qazından boğularaq ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1955-ci il təvəllüdlü Albaxış Qardaşbək oğlu Baxışev yaşadığı ünvanda dəm qazından boğularaq həyatını itirib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti