IMG-LOGO

Balaxanıda avtomobilin vurduğu piyada ölüb

28 Jan 2026 08:50 2 baxış
IMG

Balaxanıda avtomobil piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, Ağayev Hüseyn Mübariz oğlu idarə etdiyi BMW markalı avtomobillə yolu keçən Bağırov Ələsgər Ağaələsgər oğlunu vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti