IMG-LOGO

Rusiyada adam döyən azərbaycanlını 20 il həbs cəzası gözləyir

25.01.2024 17:25 98 baxış
IMG

Rusiyanın İvanovo şəhərində yerli sakini döyən azərbaycanlının məhkəməsi davam edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, tikiş sexində işləyən azərbaycanlı müəssisənin yerləşdiyi binada yaşayan şəhər sakinini təhqir edib. Oğlu buna dözməyərək, anasının müdafiəsinə qalxıb. Münaqişə küçə qapısının kilidsiz olması səbəbindən baş verib. Daha sonra azərbaycanlı yaxınlarını köməyə çağırıb. Oğlanı o qədər döyüblər ki, həkimlər onun başında yeddi sınıq olduğunu aşkarlayıblar.

Hadisəni törədən şəxs barəsində ağır bədən xəsarəti yetirmək maddəsi ilə cinayət işi açılıb. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin işlə bağlı vilayət müstəntiqinə tapşırıqlar verib. 23 yanvar 2024-cü ildə şübhəli şəxs adam öldürməyə cəhddə ittiham olunub. Azərbaycanlı saxlanılıb, hazırda qabaqlayıcı tədbirlərlə bağlı məsələ həll edilir. Hüquq-mühafizə orqanları cinayətin digər iştirakçılarını müəyyənləşdirir. Saxlanılan şəxsə qarşı xuliqanlıq maddəsi ilə də cinayət işi açılıb.

Onu 20 ilə qədər həbs cəzası gözləyir.

Xəbər lenti