Filippində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.
"Report" bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar təxminən 13 min əhalisi olan Kalamansiq yaşayış məntəqəsindən 31 km cənub-qərbdə baş verib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.