IMG-LOGO

İtaliya klubu Paulo Maldininin oğlunu transfer edib

27 Jan 2026 21:36 4 baxış
IMG

İtaliya təmsilçisi "Latsio" "Atalanta"nın futbolçusu Daniel Maldinini icarəyə götürdüyünü açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Roma kollektivinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna kimi "Latsio"da çıxış edəcək. O, 2025/2026 mövsümündə "Atalanta"nın heyətində 11 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, Daniel Maldini "Milan"ın əfsanəvi futbolçusu Paulo Maldininin oğludur.

Xəbər lenti